Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:30

İlham Əliyev Qubada Qırmızı qəsəbə sakinləri ilə görüşüb



“Dağ yəhudiləri öz işi, əməyi, vətənə olan sədaqəti ilə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində çox böyük işlər görmüşlər. Həm burada, həm başqa ölkələrdə yaşayan, amma qəsəbə ilə əlaqəni qırmayan vətəndaşlarımız Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verirlər”.

Bunu prezident İlham Əliyev Qubada Qırmızı qəsəbədə sakinlərlə görüşündə deyib.

“Bu qəsəbədən olan vətəndaşlar indi müxtəlif ölkələrdə yaşayırlar, qəsəbəni unutmurlar, gəlirlər belə gözəl yerlər yaradırlar".

"Azərbaycan burada yaşayan bütün xalqların vətənidir. Dağ yəhudiləri burada əsrlər boyu yaşayırlar və Azərbaycanın üstünlüyü, o cümlədən bax, bu birlikdədir”.

Prezident deyib ki, “bir-birinə, bir-birinin adət-ənənələrinə, dininə, yaşayış tərzinə hörmət xalqımızı, millətimizi, dövlətimizi gücləndirir. Ona görə, mən hər dəfə burada olarkən görürəm ki, işlər yaxşı gedir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG