Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:28

İlham Əliyev Qolf Klubunun açılışında iştirak edib


İlham Əliyev və Mehriban Əliyeva Qubada Milli Qolf Klubunun açılışında

İlham Əliyev və Mehriban Əliyeva Qubada Milli Qolf Klubunun açılışında

-
İlham Əliyev və xanımı Mehriban Əliyeva Qubada Milli Qolf Klubunun açılışında iştirak edib.
president.az saytının məlumatına görə, inşasına ötən il başlanılan klubun 44 qolf avtomobilindən ibarət parkı var.
Prezident və xanımı elektromobillə klubun ərazisini gəzib.
Qolf sahəsinin ümumi ərazisi 92 hektar, meydançanın sahəsi isə 75 hektardır. İnzibati bölmədə idman avadanlığı mağazası və kafe var.
Prezidentə bu idman qurğusunun Cənubi Qafqazda 18 dəlikli ilk qolf meydançası olduğu, kompleksin ərazisində su maneələri üçün üç süni göl yaradıldığı haqda məlumat verilib. Burada həm də qolf üzrə müxtəlif treninqlərin keçirilməsi nəzərdə tutulur.

PRESİDENT.AZ SAYTININ YAYDIĞI FOTOLAR:



Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG