Keçid linkləri

2024, 30 Mart, şənbə, Bakı vaxtı 07:37

"Seçki prosesində media etikası" konfransı keçirilib


İREX Azərbaycan təşkilatının təşkil etdiyi “Seçki Prosesində Media Etikası” adlı konfransda Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar
ABŞ-ın Azərbaycanda azad medianı dəstəklədiyini qeyd edib: “Lakin, həqiqətən də medianın azad olmağını istəyiriksə, o zaman daha məsuliyyətli olmalıyıq”,- deyə o bildirib.

İREX Azərbaycanın hüquqşünası, Ələsgər Məmmədli deyib ki, “Medianın seçki prosesini işıqlandırması sadəcə bir hüquq kimi qəbul edilməməlidir. Bu eyni zamanda cəmiyyətdə demokratik ənənələrin, siyasi plüralizmin formalaşması baxımından, azad və ədalətli seçki prosesinin olması baxınımdan, insanların fikirlərini sərbəst formalaşdırma və ifadə etməsi baxınından medianın vəzifəsidir. Medianın ən önəmli funksiyası balanslı və obyektiv xəbərləmə, insnların normal qaydada çatımlı olmadığı informasiyaları çatımlı etmə, siyasi debatlarla, diskusiya proqramları ilə namizədlərin tanınmasına və seçicilərin sərbəst seçim edə bilmələrinə işıq tutmaqdır”.

Konfransda həmçinin, jurnalistlərin informasiya əldə etmək hüququ haqqında müzakirələr də keçirilib.

London Universitetinin professoru İvor Gaber deyib ki, “Bir çox ölkələrdə çalışaraq əldə etdiyim media təcrübəmə əsasən deyə bilərəm ki, bütün maraq qruplarının fikirlərini əks etdirən xəbərlər daha çox auditoriya cəlb edir.”
XS
SM
MD
LG