Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:39

ABŞ səfirliyinin nümayəndəsi Naxçıvanda olub


Naxçıvan
Naxçıvan
-

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan Naxçıvana səfərini başa çatdırıb.

Səfirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, səfər sentyabrın 17-18 arası baş tutub. Müvəqqəti işlər vəkili Naxçıvanda bir sıra orqan və təşkilatların nümayəndələri ilə görüşüb.

Məlumatda bildirilir ki, Derek Hoqan səfərində məqsəd Naxçıvandakı seçkiqabağı mühit barədə məlumat almaq və azad, ədalətli seçkilərə dəstək vermək olub.

D.Hoqan Xarici İşlər Nazirliyinin Naxçıvan İdarəsində, yerli Mərkəzi Seçki Komissiyasında və vətəndaş cəmiyyətlərində görüşlər keçirib.

O, AXCP və Müsavat Partiyası rəsmiləri ilə də görüşüb. Vəkil həmçinin Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə görüşmək istəsə də, cədvəllərin toqquşması səbəbilə görüş baş tutmayıb.

Səfərinin sonunda Cənab Hoqan Nuh sərdabəsinə və Möminə Xatun məqbərəsinə də baş çəkib.
XS
SM
MD
LG