Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:05

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 86-cı mövsümünü açır


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (Rüstəm Fərman)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (Rüstəm Fərman)
-
Sentyabrın 21-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 86-cı mövsümün ilk tamaşaları nümayiş etdiriləcək.

Teatrın mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, həmin gün saat 12.00-da A. Tolstoyun “Buratinonun macəraları”, saat 19.00-da L.Nurenin “Müharibə” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa göstəriləcək.

Beynəlxalq layihə olan “Buratinonun macəraları” tamaşasının quruluşçu rejissoru ASSİTEJ-in baş katibi İvisa Simiç (Xorvatiya), quruluşçu rəssamı Dinka Jeriçeviç (Xorvatiya), bəstəkarı İqor Karliçdir (Xorvatiya).

“Müharibə” tamaşasının quruluşçu rejissoru teatrın baş rejissoru Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadur.

16 yaşdan yuxarı tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsəri milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq hər bir millətin və hər kəsin başına gələ biləcək hadisələri əks etdirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG