Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:56

Michel Platini Bakıya gəlir


UEFA prezidenti M.Platini sentyabrın 21-də Azərbaycana gəlir.

Səfər zamanı Platini o cümlədən, Mərdəkanda Futbol Mərkəzinin ərazisində milli komandalar üçün inşa olunacaq təlim-məşq bazasının təməlqoyma mərasimində iştirak edəcək.

AFFA-nın layihəsi olan bu təlim-məşq bazasının tikintisi UEFA-nın maliyyə dəstəyi ilə həyata keçirilir.

Xorvatiyanın Dubrovniki şəhərində sentyabrın 20-də keçiriləcək UEFA-nın İcraiyyə Komitəsinin iclasında isə Avro-2020-nin oyunlarını qəbul edəcək namizəd şəhərlərin siyahısı təsdiqlənəcək.

Bakının da namizədliyi irəli sürülüb.
XS
SM
MD
LG