Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:41

Nəsib bəy Yusifbəyli barədə toplu çap olunub


-
Milli Azərbaycan Tarixi Muzeyində «Nəsib bəy Yusifbəyli – milli istiqlal və dövlətçilik mücahidi» məqalələr toplusu çap olunub.
Muzeyin yaydığı xəbərə görə, Azərbaycan Xalq Cümhuriyyətinin 95-ci ildönümünə həsr olunmuş toplu Rusiyada türk və müsəlman xalqlarının hüquqları uğrunda yorulmadan mübarizə aparan, milli dövlətçiliyimizin qurulmasında xüsusi rolu olan, 1919-cu ilin aprelindən 1920-ci ilin martınadək Cümhuriyyətin hökumət başçısı olan Azərbaycanın görkəmli siyasi və ictimai xadimi Nəsib bəy Yusifbəylinin həyat və fəaliyyətinə, eləcə də müəmmalı ölümünün araşdırılmasına həsr olunub.
Toplunun elmi redaktoru tanınmış cümhuriyyətşünas alim Firdövsiyə Əhmədovadır.
Topluya F.Əhmədovanın «Nəsib bəy – Yusifbəylilər ocağının yetirməsi» və «Azərbaycan milli istiqlal hərəkatında Nəsib bəy Yusifbəylinin rolu», Əli Fərhadovun «Aləmi-Nisvan»da doğan bir şəfəq», Fikrət Bağırovun «Türk ədəmi mərkəziyyət partiyasının banisi Nəsib bəy Yusifbəyli», Günel Əliyeva-Məmmədovanın «Nəsib bəy Yusifbəyli və onun Zaqafqaziya Seymindəki fəaliyyəti», Zərifə Dulayevanın «Nəsib bəy Yusifbəyli və xalq təhsili» (rus dilində), Fərhad Cabbarovun Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi hökumət kabinetinin siyasətində Azərbaycan-Rusiya münasibətləri məsələsi» və «Baş Nazirə bir xidməti müraciətin izi ilə» (rus dilində), Zərifə Dulayevanın «Nəsib bəy Yusifbəyli və Azərbaycan Respublikasının beynəlxalq tanınması» (rus dilində), professor Solmaz Rüstəmova-Tohidinin Nəsib bəy Yusifbəyli Üzeyir bəy Hacıbəyovun məktublarında», Səbuhi Əhmədovun «Nəsib bəy Yusifbəyli hökumətinin az məlum olan nailiyyəti – Azərbaycan hərbi hissələrinin döyüş bayrağının qəbul olunması», Nazif Qəhrəmanlının «Bir daha Nəsib bəy Yusifbəylinin qətli barədə» adlı məqalələri daxil olunub.
Topluya eləcə də, Məhəmməd Əmin Rəsulzadənin «İstila qurbanları- Yusifbəyli Nəsib bəy» yazısı, «Nağı Şeyxzamanlının xatirələrində Nəsib bəy Yusifbəyli» adlı yazı, XX əsrin əvvəllərində yaşamış şair Əli Yusifin “Azərbaycanlıya. Hörmətli Nəsib bəyə” adlı şeri, Zakir Sadatlının “Tarixin qan qohumu( Nəsib bəy Yusifbəyli Əziz Alpoudun xatirələrində)”, Feyzi Ağüzümün “Kim iddia edə bilər ki, biz özümüzü idarə etməyə səlahiyyətdar bir millət deyilik?! Nəsib bəy Yusifbəyli” yazıları daxil edilib.
Məqalələr toplusunun təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG