Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:37

İş qəzalarına görə cəzalar sərtləşdirilə bilər



APA-nın xəbərinə görə, Milli Məclisin sosial siyasət komitəsinin bugünkü iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamazlarsa, fiziki şəxslər 500, vəzifəli şəxslər 1500, hüquqi şəxslər isə 5 min manat cərimə ediləcək.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG