Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:38
-
Yeni tədris ilində Daşkəsənin 5 ucqar kəndində məktəb binaları istifadəyə verilib.
Rayonun Quşçu, Əmirvar, Əmirvar-Əhmədli, Müşavaq və Mollahəsənli kəndlərində yeni məktəblər istifadəyə verilib.
Daşkəsən rayon İcra Hakimiyyətinən verilən məlumata görə, Quşçu kəndində inşa olunan məktəb binası iki mərtəbəli olmaqla 360 şagirdlikdir.

Daşkəsən rayonunun ən ucqar yaşayış məntəqələrindən olan Əmirvar kəndində də 360 yerlik məktəb binasının açılışı olub. Bildirilib ki, ötən il 3 kənddə yeni məktəb binası tikilib. Bu il onların sırasına daha 5-i əlavə olunub. Qarşıdakı illərdə isə qəzalı vəziyyətdə olan 26 məktəb üçün yeni binanın tikintisi planlaşdırılır. Bundan başqa rayonda 5 saylı uşaq bağçası-körpələr evinin də yeni binası istifadəyə verilib.
XS
SM
MD
LG