Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:27
-
Sentaybrın 18-də Nəsimi Rayon Məhkəməsi Üzeyir MəmmədliRəşadət Axundovun işinə baxıb.Bu barədə Azadlıqradiosuna onların vəkilləri məlumat verib.

Üzeyir Məmmədlinin vəkili Fəxrəddin Mehdiyev deyir ki, onların həbs müddəti uzadılıb:

“İstintaqın uzadılması ilə bağlı prokurorluq vəsatət qaldırmışdı. Hakim vəsatəti təmin etdi və həbsi noyabrın 30-na qədər uzatdı. Prokuror çıxışında bildirdi ki, istintaq bir neçə həftəyə yekunlaşdırılıb məhkəməyə göndəriləcək. Təbii ki, biz bu qərara etiraz etdik.”

Hazırda 8 gənc fəal həbsdədir. Onlardan 7-si «N!DA» Vətəndaş Hərəkatının (Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov,Üzeyir Məmmədli, Rəşad Həsənov və Zaur Qurbanlı), biri AGT-nin üzvüdür (İlkin Rüstəmzadə). «NİDA»çılar narkotik və qanunsuz silah saxlamada, AGT üzvü isə xuliqanlıqda ittiham olunub.

Sentyabrın 13-də NİDA hərəkatının həbsdə olan 7 fəalına və “Azad gənclik” təşkilatının üzvü İlkin Rüstəmzadəyə qarşı CM-in 220.1 maddəsi (yanğın və qırğınlarla müşayiət olunan kütləvi iğtişaşların təşkili) üzrə yeni ittiham irəli sürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG