Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:54

İtaliyada batan sərnişin gəmisinin qalıqlarının çıxarılması başa çatıb



Costa Concordia adlı sərnişin gəmisinin çıxarılmasına sentyabrın 17-si səhər 9-da başlanıb. 12 saat davam etməsi gözlənilən əməliyyat 19 saata tamamlanıb.

Qalıqları təmizləmə əməliyyatı oxşar əməliyatlar içərisində ən böyüyü və ən təhlükəlisi olaraq bilinir. Gəminin ölçülərinə görə də bu tarixdə bir ilkdir.

Əməliyyata 26 ölkədən 120 dalğıc, 30 dartıcı mexanizm və 150 işçi cəlb edilib. Qalıqları təmizləmə əməliyyatının 600 milyon avroya başa gələcəyi açıqlanmışdı.

20 ay əvvəl batan Costa Concordia gəmisində 32 nəfər həyatını itirib. Ölənlər içərisində 2 nəfərin cəsədi hələ də tapılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG