Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:17

Doğum şəhadətnaməsini alma asanlaşır


-
Valideynlər övladlarının doğumla bağlı şəhadətnaməsini daha asan yolla ala biləcəklər.
APA-nın məlumatına görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, Səhiyyə Nazirliyi «Doğum haqqında tibbi şəhadətnamə» elektron registrindən məlumatların verilməsi adlı növbəti elektron xidmətini «Elektron hökumət» portalı vasitəsilə istifadəyə verib.
Xidmətdən istifadə etmək üçün portala giriş edərək, Nazirliyin müvafiq bölməsinə daxil olmaq lazımdır. Həmin bölmədən sözügedən elektron xidməti seçdikdən sonra valideynin (ananın) yeni doğulmuş övladı haqqında şəhadətnamə surətini əldə etməsi mümkündür.

Günün bütün mövzuları

XS
SM
MD
LG