Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:28

Azərbaycan Suriyada kimyəvi silahlardan istifadə olunmasını pisləyir


-
Bununla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada Suriyada kimyəvi silahlardan istifadə kəskin şəkildə pislənilir.

«Azərbaycan Rusiya ilə ABŞ arasında Suriyanın kimyəvi silah ehtiyatının mühafizəsinin təşkili və məhv edilməsinə dair əldə olunmuş anlaşmanı dəstəkləyir. Suriya böhranının siyasi həllinə nail olunması üçün Azərbaycan BMT-də və o cümlədən BMT Təhlükəsizlik Şurasında bütün maraqlı tərəflərlə birgə fəaliyyətə hazırdır».

BMT-nin müfəttişləri avqustun 21-də Suriyada uşaqlar da daxil olmaqla mülki sakinlərə qarşı kimyəvi silah işlədilməsi barədə aydın və qəti sübutlar aşkar etdiklərini bəyan ediblər. BMT-nin baş katibi Ban Kİ Moon təhlükəsizlik şurasının iclasında ekspertlərin hazırladığı hesabatı təqdim edib.
Hesabata görə, avqustun ikinci yarısında Dəməşqin ətrafındakı Quta məhəlləsində əsəb sistemini pozan zarin qazlı yer-yer tipli raketlərdən istifadə edilib və nəticədə yüzlərlə insan ölüb. Amma hesabatda bu cinayəti məhz kimin törətdiyi göstərilmir.

«Suriyada kimyəvi silah işlədilməsinin təxribat olması barədə Moskvada ciddi əsaslar var»- bunu Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG