Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:21

Google Ü. Hacıbəyovu ad günündə xatırladı


Google.az-ın görüntüsü
Google.az-ın görüntüsü
-
Sentaybrın 18-i Azərbaycanın bəstəkarı Üzeyir Hacıbəyovun doğum günüdür.

Bu gün münasibətilə Google şirkəti Ü.Hacıbəyovun əsərlərinin qəhrəmanlarını əks etdirək doodle (logo) hazırlayıb.

Bu günü musiqisevərlər Milli Musiqi günü kimi qeyd edir.

Bu ənənənin ilk təşəbbüskarı maestro Niyazi olub.

Üzeyir Hacıbəyovun vəfatından sonra Niyazi hər il bu günü qeyd edirmiş. 1995-ci ildən bəstəkarın doğum günü Milli Musiqi Günü kimi qeyd olunur.

Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Şuşada anadan olub.

1899-1904-cü illərdə Zaqafqaziya müəllimlər seminariyasında təhsil alıb. 1907-ci ildə “Leyli və Məcnun” operası ilə bəstəkarlıq fəaliyyətinə başlayıb. “Sənsiz”, “Sevgili Canan” romansları, “Koroğlu” operası, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Əsli və Kərəm” və s. musiqili komediyaların müəllifidir.

O, 1921-ci ildə Bakıda Azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini – Azərbaycan Dövlət Türk Musiqi Məktəbini təşkil edib.

Onun Azərbaycan jurnalistikasına da tövhələri olub. Üzeyir Hacıbəyov "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında məqalələri dərc edilib. Həmin mətbuat orqanlarında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirib.

1948-ci il noyabrın 23-də Bakıda vəfat edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG