Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:23

“Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli saxlanılıb- Yenilənib


Pərviz Həşimli

Pərviz Həşimli

-
Bu barədə AzadlıqRadiosuna jurnalistin qardaşı Zamin Həşimli məlumat verib.

"Bir az əvvəl Pərvizin yoldaşı zəng elədi ki, bir neçə nəfər oğru evə girmək istəyir. Biz də tez Daxili işlər nazirliyinin "102" məlumat xidmətinə zəng elədik. Özümüz də gəldik. Gördük bir neçə nəfər artıq evə giriblər. Mənə qarşı zorakılıq oldu. Öyrəndik ki, oğrular deyil, hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Pərvizi hara aparıblar bilmirik. Nə məsələdir ondan da xəbərsiziik. Durmuşuq Pərvizgilin evinin yanında içəridə axtarış aparırlar".

Hadisə yerində olan AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, jurnalistin evinin qarşısında polis əməkdaşları var və onlar çəkiliş aparmağa mane olublar. Çəkiliş aparmaq istəyən jurnalistin əlindən kameranı alıblar.

Bu arada sosial şəbəkələrdə Pərviz Həşimlinin çalışdığı "Bizim yol"qəzetinin redaksiyasında axtarış aparıldığı barədə məlumatlar yayılıb.

Hələki redaksiyada axtarış aparılması barədə məlumatları dəqiləşdirmək mümkün olmayıb. Qəzetin baş redaktoruna və redaksiyaya etdiyimiz zənglərə cavab verən yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG