Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:10

Qadınlar niyə virtual tanışlığa üstünlük verirlər?- [Video]


-

Qadınlar

Facebook-dan birbaşa şərh yaz


Qadın Krizis Mərkəzinin araşdırmasına görə, son vaxtlar sosial şəbəkələrdə manyaklar çoxalıb. Onlar əvvəlcə qadınların yazdıqları statuslara münasibət bildirir, şəkillərini “like” edir, xoş sözlərlə etibar qazanırlar. Sonra real həyatda görüşə çağırıb pis niyyətlərini gerçəkləşdirməyə çalışırlar.

Sosial şəbəkə manyaklarının hədəfləri nədir? Onların toruna düşməməkçün nə etmək lazımdır? Azadlıq FM-də müzakirə etmişik:
-
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova:
- Bu gün sosial şəbəkələrdə təhlükə var. Təəssüf ki, insanların çoxu bundan xəbərsizdi.
- Bəzən elə tanışlıqlar olur ki, böyük bədbəxtliklə müşahidə olunur. Bizə müraciət edən xanımlardan biri Türkiyədə yaşayan biri ilə tanış olub. Sonra Türkiyəyə gedib. O qadından müxtəlif işlərdə istifadə olunub və cinsi istismara məruz qalıb.
- Bəzən sosial şəbəkədə tanış olan qadınlar elə düşünürlər ki, qarşı tərəf onun kimi düşünür, öz yarını tapıb. Lakin real görüşə gəlincə xəyal qırıqlığı ilə üzləşirlər.
- Qadınlar bu gün ailəsində şiddət görür, basqı görür. Buna görə də virtual tanışlıq, xoş söhbətlər onun üçün cəlbedici görünür.

VERLİŞİ BURDAN DİNLƏ:

Psixoloq İradə Musayeva:
- Sosial şəbəkələrdə tanışlıqda insanları cəlb edən onun asanlığıdır.
- Virtual aləmdə insan özünü olmadığı kimi tanıda bilər. Üzbəüz görüşdə baxışlar, mimikalar da nələrisə ifadə edə bilirlər. Yazılanlarla isə qarşısındakı insanın gerçək kimliyini müəyyən etmək çox çətindir.
- Uğursuz tanışlıqdan, cinsi zorakılıqdan sonra qadınların reablitasiyası çox çətin olur, bəzən bir ömür bəs etmir.
XS
SM
MD
LG