Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:31

Prezidentliyə namizədlərin televiziya debatları başlayır


-
Bu axşam saat 19:00-da İctimai Televiziyada prezidentliyə namizədlərin ödənişsiz ilk debatı keçiriləcək.

Debatda birinci Zahid Oruc, sonuncu Milli Şuranın namizədi Cəmil Həsənli çıxış edəcək.

Debatlar həftədə üç dəfə televiziyada (2-4-6), üç dəfə də radioda (1-3-5) davam etdiriləcək.

İctimi radioda prezidentliyə namizədlərin ilk debatı sentybarın 16-da keçirilib.

Mərkəzi Seçki Komissiyasının tərtib etdiyi cədvələ əsasən İctimai televiziya debatları oktyabrın 6-dək, radio debatları oktyabrın 8-dək davam edəcək.

Prezidentlik uğrunda indiki dövlət başçısı da daxil olmaqla 10 nəfər mübarizə aparır.

Azərbaycanda prerzident seçkiləri oktyabrın 9-da keçiriləcək.
XS
SM
MD
LG