Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:48

İlk seçki şikayəti təmin olunmadı


Əli Əliyev
Əli Əliyev
-
Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Vətəndaş və İnkişaf partiyasının sədri Əli Əliyevin Mərkəzi seçki Komissiyasına qarşı iddiasına baxıb
Məhkəmə Əli Əliyev namizədliyinin qeydə alınmasından imtina ilə bağlı MSK-nın qərarını qüvvədə saxlayıb.
Qərarla razılaşmayan VİP MSK-nın həmin qərarının ləğv olunması üçün Ali Məhkəməyə müraciət edəcəyini bildirir.
VİP sədri, prezidentliyə namizəd Ə.Əliyevin MSK-ya qarşı iddiası əsasında Bakı Apellyasiya Məhkəməsində keçirilmiş məhkəmə iclasını ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının nümayəndələri müşahidə edib.
MSK sentyabrın 13-də keçirilən iclasında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin namizədliyinin qeydə alınmaması ilə bağlı qərarını açıqlayıb.
Səbəb kimi Əli Əliyevin təqdim etdiyi 42634 imzadan 5571-nin etibarsız çıxdığı bildirilir.
XS
SM
MD
LG