Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:55

Qubad İbadoğlu Qırğızıstan hökumətinə müşavirlik edəcək


Qubad İbadoğlu

Qubad İbadoğlu

İqtisadi Tədqiqatlar Mərkəzinin sentyabrın 17-də yaydığı məlumata görə Qubad İbadoğlu Qırğızıstan hökumətinə müşavirlik edəcək
Məlumatda qeyd olunur ki, bu günlərdə Qırğızıstanda səfərdə olan Qubad İbadoğlu ölkədə dövlət büdcəsinin idarəedilməsi sferasında islahatların aparılmasına məsləhətlər vermək üçün hökumətdən təklif alıb.
“Artıq bu istiqamətdə işə başlayan Q. İbadoğlu sentyabrın 11-dən 16-dək olan səfəri çərçivəsində Bişkekdə büdcə işi üzrə ixtisaslaşmış yerli ekspertlər üçün proqram büdcəsi mövzusuna dair təlimlər də keçib.

Təlimə Qırğızıstanın dövlət orqanlarını, parlamenti və Hesablama Palatasını təmsil edən, eləcə də ayrı-ayrı nazirliklərdə büdcə işinə rəhbərlik edən 55 nəfər dövlət məmuru cəlb olunub”.
Məlumatda qeyd olunur ki, bu sahədəki islahatlara davamlı dəstək göstərmək üçün Qubad İbadoğlu yenidən Qırğızıstana dəvət edilib. Noyabrda baş tutacaq səfər zamanı iqtisadçı Qırğızıstan hökumətinə dövlət büdcəsinin şəffaflığı və səmərəliliyinin artırılması ilə bağlı məsləhətlər verəcək. Bundan başqa o, Qırğızıstan parlamentində büdcə müzakirələrində də iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG