Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:25
-

“Sentyabrın 14-də həyətə Çingiz adlı bir nəfər gəldi, bağıra-bağıra söyüşlər söydü, dedi, tikintini dayandırmasanız, evinizi başınıza uçuracam. Həyətdə qarşısına çıxan 9 yaşlı gözdən əlil nəvəmi vurub yıxdı. Dedi, tapşırmışam, bu saat ağır texnika da gələcək, evinizi alt-üst edəcək”.
“OĞLUMDAN 4 MİN MANAT ŞİRİNLİK İSTƏMİŞDİ”
“Qaynar xətt”ə şikayət edən Seminarist Şərifov Sulutəpədə yaşayır. Deməsinə görə, 15 ildir ki, burada iki otaqlı evi tikib 10 nəfər üzvü olan ailəsiylə birlikdə yaşayır. Ailə üzvlərinin sayı artdığına görə, bu yaxınlarda qərara gəlib ki, əlavə bir otaq da tiksin:
“İki həftə əvvəl oğlu gəlib dedi ki, küçədə onu bir nəfər saxlayıb, deyib ki, eşitmişik həyətdə tikinti aparırsınız. İcra hakimiyyətinə, bələdiyyəyə 4 min manat “şirinlik” verməmiş daşı daş üstə qoya bilməzsiniz. Həmin adam özünü “Çingiz” kimi təqdim etmişdi, Biz çoxdan eşitmişdik ki, Sulutəpədə hamının tanıdığı bir “qoçu Çingiz” var. Hara daş tökürlərsə, orda peyda olur. Mən də oğluma tapşırdım ki, bu dəfə qarşına çıxsa, de ki, köçkünük, Qarabağ əliliyik, 150 manat təqaüddən başqa gəlirimiz yoxdur”.
Seminarist Şərifovun sözlərinə görə, sentyabrın 14-də Çingiz adlı şəxs yaşadıqları mənzilə gələrək tələb edib ki, həyətdəki tikintini dayandırsınlar. Əks halda, 15 ildir ki, yaşadıqları evi şumlatdıracaq.
“NEFT ŞİRKƏTİNİN AYAĞI ƏRAZİDƏN KƏSİLDİ, İNDİ DƏ QOÇULARIN ƏLİNƏ DÜŞDÜK”
Şikayətçi:
“Bu adamın harda işlədiyini dəqiq bilmirəm. Biri deyir icra hakimiyyətinin, o biri deyir bələdiyyənin adamıdır. Əvvəllər Neft Şirkətinin qoçuları gəlirdilər, evlərimizi başımıza uçururdular. Daha gəlmirlər, əvəzində indi də bu qoçuların əlində qalmışıq. Çingiz adlı şəxsin hərəkətlərindən ərazi polisinə şikayət etdim. İki gün əvvəl Xocəsən bələdiyyəsinə gedəndə gördüm ki, həmin şəxs ordadır. Qorxumdan sivişib aradan çıxdım. Düşündüm ki, bu adam haqqında polisə şikayət etmişəm, əgər bələdiyyədə işləyirsə, elə buradaca məni şərlətdirə bilər”.
Xocəsən bələdiyyəsindən “Qaynar xətt”ə belə adda bir şəxsin onlarda işlədiyini təsdiqləmədilər.
Binəqədi rayon 40 saylı polis şöbəsindən bildirdilər ki, Seminarist Şərifovun şöbəyə şikayət ərizəsi daxil olub və təhqiqata verilib. Xəsarət aldığı iddia olunan 9 yaşlı nəvəsinin ekspertizadan keçməsi üçün babasına arayış verilib. Polis ərizəçinin və ailə üzvlərinin izahatları alındıqdan sonra cinayət işi başlanıb-başlanmayacağına qərar veriləcək, özünü “Çingiz” kimi təqdim edən şəxsin kimliyi müəyyənləşəcək.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG