Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:59

Vasif Talıbov: “Beynəlxalq müşahidəçilər üçün hərtərəfli şərait yaradılacaq”


Vasif Talibov
Vasif Talibov
-

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının üzvləri Olena QreçcanyukVida Koren Holm Naxçıvanda səfərdədir. Onlar sentyabrın 17-də müxalifət nümayəndələri ilə görüşüblər.

AXCP yerli şöbəsinin sədri Yaşar Bağırsoyun AzadlıqRadiosuna verdiyi məlumata görə, görüşdə əsasən muxtar respublikadakı seçki öncəsi vəziyyət müzakirə edilib:
“Görüşdə bizdən baçşqa Müsavat, VHP və Ümid partiyalarının nümayəndələri də iştirak edirdilər. İmza toplama kampaniyasından başlamış hazırkı vəziiyətə kimi bəzi məsələləri müzakirə etdik. Naxçıvandakı ictimai-siyasi vəziyyət də müzakirə olundu. Müşahidə missiyasının üzvləri bildirdilər ki, seçkilərin dolğun müşahidəsinə çalışacaqlar”.

Sentyabrın 16-da isə müşahidə missiyasının üzvlərini Naxçıvan Muxtar Respubliaka Ali Məclisinin sədri Vasif Talıbov qəbul edib. “Şərq Qapısı” qəzetinin yazdığına görə, Ali Məclisin sədri prezident seçkilərinin Azərbaycanda tarixi hadisə olduğunu bildirib. ATƏT-in prezident seçkilərinin müşahidə missiyasının fəaliyyətinin vacibliyini qeyd edən Vasif Talıbov muxtar respublikada beynəlxalq müşahidəçilərin fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılacağını bildirib.
XS
SM
MD
LG