Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:20

Neft Şirkəti Yunanıstanın qaz operatorunun səhmlərini alır


Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Yunanıstanın qaz nəqli sisteminin operatoru DESFA-nın səhmlərini dövlət vəsaiti hesabına alacaq.

“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Onun sözlərinə görə, Yunanıstan şirkətinin aktivlərinin 400 milyon avro müqabilində alınması ARDNŞ-ın nizamnamə kapitalının artırılması hesabına təmin ediləcək:

“DESFA şirkəti investisiya layihəsi kimi çox cəlbedicidir. Biz hesab edirik ki, bu layihənin gəlirliliyi həm ARDNŞ, həm də dövlət üçün qənaətbəxş olacaq”.

Azərbaycanın Dövlət Neft Şirkəti bu ilin iyununda Yunanıstanın DESFA şirkətinin səhmlərinin 66 faizini satın alması ilə bağlı məlumat yayıb. Şirkətin məlumatına görə, bu barədə Yunanıstanın Əmlakın İdarə Edilməsi Fondu ilə prinsipial razılıq əldə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG