Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:56

Suriya məsıələsində Moskva ilə Paris arasında fikir ayrılığı var


r Sergei Lavrov və Laurent Fabius

r Sergei Lavrov və Laurent Fabius

Suriyada kimyəvi silah işlədilməsinin təxribat olması barədə Moskvada ciddi əsaslar var.Bunu Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyib.
O bu gün Moskvada fransalı həmkarı Laurent Fabiusla görüşdən sonra mətbuat konfransında bildirib ki, BMT-nin bazar günü açıqlanan hesabatı Rusiyanın bütün suallarına cavab vermir.

Fabius isə öz növbəsində hesabatın bu hücumda Suriya rejiminin cavabdehlik daşıdığını şübhə altında qoymadığını bildirib.

Hesabatda yalnız avqustun 21-də Dəməşq ətrafında belə bir hücum törədildiyi bildirilir.

Liderlər Suriya münaqişəsinin həllində tərəflər arasında fikir ayrılığı olduğunu etiraf edib, amma danışıqların bərpa edilməsinin vacibliyini qeyd ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG