Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:49

Azərbaycan Teatr Xadimləri İttifaqının yeni saytı açılıb


-
Sentyabrın 16-da “Hilton-Baku” otelində Azərbaycan Teatr Xadimləri İttifaqının saytının təqdimatı olub.

Mədəniyyət və Turizm İdarəsinin Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemətova istinadən verdiyi xəbərə görə, www.teatrittifag.az saytı bir neçə dildə (Azərbaycan, rus, ingilis dillərində) fəaliyyət göstərəcək və ayda bir dəfə yenilənəcək.

Təqdimat mərasimində saytın müəllifi, bir sıra internet layihələrin müəllifi və rəhbəri (“Musiqi dünyası” jurnalı, Vaqif Mustafazadənin şəxsi saytı, Azərbaycan diskoqrafiyası, “ Əqli mülkiyyət” jurnalı və başqaları), sənətşünaslıq doktoru, professor Tariyel Məmmədov saytın səhifələrini iştirakçılara nümayiş etdirərək onun strukturundan danışıb.

Sayt musiqi salamı - Müslüm Maqomayevin ifasında “Azərbaycan” mahnısının səslənməsi ilə açılır. Ardınca Azərbaycan Teatr Xadimləri İttifaqı haqqında yazı təqdim olunur.

Saytın arxivi 18 min fotoşəkil və 60 saatlıq videodan ibarətdir. Saytın bölmələri istifadəçiləri aktyorlar, rejissorlar, bəstəkarlar, şairlər, rəssamlar və teatrın yarandığı vaxtdan onun inkişafına töhfə vermiş digər şəxslərlə tanış edir.

Videoteka tamaşaların lent yazılarından ibarətdir və istifadəçilərə ittifaq üzvlərinin yaradıcılığı haqqında məlumat verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG