Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:16

-

İQBAL FEHRUZ OĞLU AĞAZADƏ

İ.Ağazadənin seçicilərlə görüşündə qarşıdurma

Prezidentliyə namizəd İqbal Ağazadənin Ağstafada seçicilərlə görüşünə maneələr yaradılıb.

Mülkigeyimli şəxslər görüşün keçiriləcəyi ərazini dövrəyə alıb və görüşə gəlmək istəyənlərə maneə yaradıblar.

Hadisə barədə ətraflı burada oxu.

Ümid Partiyasının namizədi

45 yaşlı İqbal Ağazadə Füzuli rayonunda anadan olub, ixtisasca şərqşünasdır. 2 övladı var.
Hazırda Ümid Partiyasının sədri, Milli Məclisin deputatıdır.

2008-ci ildə keçirilən president seçkisində 2.86% səs toplayaraq 7 namizəd arasında ikinci yeri tutub.
2 övladı var.

HAQQINDA DEYİLƏNLƏR

Materiallar toplandıqca əlavə olunacaq.

PLATFORMASINDA ƏSAS VƏDLƏRİ:
​İqbal Ağazadə seçilərsə, 1 il ərzində siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, vətəndaşların müzakirə və qəbul etdiyi konstitusiya dəyişikliklərini ümumxalq səsverməsinə çıxaracağını bildirir.

MÜSAHİBƏLƏRİ

Konstitusiyada nəzərdə tutduğu ilki dəyişikliklər isə bunlardır:

  • Prezident iki müddətdən artıq seçilmək imkanına malik olmayacaq;
  • Prezidentin səlahiyyətlərinin bir qismi Nazirlər Kabinetinə, bir qismi isə Parlamentə veriləcək, Parlamentin səlahiyyətləri genişləndiriləcək;
  • Prezident ildə bir dəfə parlament qarşısında hesabat verəcək;
  • Baş prokuror iki dəfədən artıq seçilmək imkanına malik olmayacaq;
  • İnsan haqları müvəkkili 7 il müddətinə yalnız bir dəfə seçilə biləcək;

İqbal Ağazadə platformasında həmçinin orta məktəb müəllimlərinə aya 504 manat, ali məktəb müəllimlərinə isə 1 000 manat maaş vəd edilir.

FORUM
İqbal Ağazadənin seçki kampaniyasının gedişi, onun siyasəti, özü haqqında rəyini, tənqid və bəyəndiyin cəhətləri aşağıda qeyd edib polemikaya sən də qoşul.

Şərhləri göstər

XS
SM
MD
LG