Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:55

Ali Məhkəmə Dubay Məhkəmələri ilə əməkdaşlıq edəcək


-
Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Dubay Məhkəmələrinin baş direktoru Əhməd Səid ibn Nazimlə Ali Məhkəmənin sədri Ramiz Rzayev əməkdaşlıq haqqında işçi proqramı imzalayıblar. Bu barədə AzərTAc məlumat yayıb.
Məlumata görə, nümayəndə heyəti Ali Məhkəmənin inzibati binasını gəzib, hakimlərin iş şəraiti ilə tanış olub. R.Rzayev bu səfərin məhkəmə orqanları arasında əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG