Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:12

Vaşinqtonda ölənlərin sayı 13-ə çatıb


Vaşinqtonda atışma
Vaşinqtonda atışma
-
Vaşinqtonda baş verən atışmada ölənlərin sayı 13-ə çatıb. Bundan başqa 8 nəfər xəsarət alıb.Bu barədə şəhər meri məlumat verib.

Ölənlərdən biri 34 yaşlı qatil Aaron Alexisdir. Federal təhqiqat bürosunun məlumatına görə, o ABŞ hərbi dəniz qüvvələrinin ehtiyatda olan keçmiş əməkdaşıdır. Hələlik onun təkbaşına və ya kimlərləsə hərəkət etdiyi bəlli deyil. Hadisənin motivi də bilinmir.

Son məlumata görə, insidentlə bağlı azzı 1 nəfər axtarışdadır.

İnsident dünən Vaşinqtonda , köhnə hərbi-dəniz tərsanəsinin ərazisində baş verib. Bu ərazidə 3minə yaxın adam işləyir.
XS
SM
MD
LG