Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:58

Səsvermədə 17 min məhkumun iştirakı gözlənilir


-
«Mərkəzi Seçki Komissiyası ilə birgə tədbirlər həyata keçirməkdə məqsədimiz həbs edilmiş şəxslərin seçki hüququnun təmin edilməsidir».

apa-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.

A.Cəfərov səsvermənin təşkili və onun nəticələrinin elanı zamanı qanunvericiliyin tələbələrinə əməl olunmasında Penitensiar Xidmətin üzərinə mühüm vəzifə düşdüyün bildirib:

«Bunun üçün də çalışırıq ki, treninqlər keçirək. Məncə, bu treninqlər imkan verəcək ki, işimizi təkmilləşdirək. Ötən prezident seçkilərində məhkumların və siyahıya adı salınmış şəxslərin 99.3 faizi iştirak edib. Hesab edirəm ki, bu seçkidə də aktivlik yüksək səviyyədə olacaq».

Nazir müavini penitensiar müəssisələrdə müşahidəçilərin fəaliyyətinə şərait yaradılacağını da qeyd edib:

«Müşahidəçilər bizim tərəfimizdən təyin olunmurlar. Müstəqil müşahidəçilər olacaqlar və onların müəssisələrə daxil edilməsi təmin ediləcəkdir».

A.Cəfərov ayrı-ayrı vaxtlarda təxminən 17 min məhkumun səsvermədə iştirak etdiyini bildirib:

«Ayrı-ayrı vaxtlarda təxminən 15-17 min və bir az çox məhkum səsvermədə iştirak edib. Güman edirəm ki, bu il seçkilərdə 17 min məhkum səsvermədə iştirak edə bilər».

Günün bütün mövzuları

XS
SM
MD
LG