Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:51

«Rüstəm İbrahimbəyov mənə dedi ki...»


Cəmil Həsənli
Cəmil Həsənli
-

17 Sentyabr – Media icmalı:

​«Rüstəm İbrahimbəyov mənə dedi ki, Milli Şuranın sədri olaraq bütün proseslərdə sona qədər iştirak etmək fikrindədir».

“Media forum” saytının yazdığına görə, bunu sentyabrın 15-də Tbilisidə Rüstəm İbrahimbəyovla görüşən Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli deyib:

«Biz düşünürdük ki, Rüstəm İbrahimbəyovla Londonda görüşəcəyik. Amma müəyyən səbəblərdən görüş sentyabrın 15-i Tbilisidə keçirildi. Rüstəm İbrahimbəyov mənə dedi ki, Milli Şuranın sədri olaraq bütün proseslərdə sona qədər iştirak etmək fikrindədir. O, Milli Şuranın sədrliyindən istefa verəcəyi haqda iddiaların yanlış olduğunu bildirdi və qeyd etdi ki, əzmlə Milli Şuranın seçki kampaniyasına rəhbərlik edəcək».
ARXİVƏ GÖNDƏRİLƏN LAYİHƏ
“Bizim yol” hökumətin “Gənclər evi” layihəsinin arxivə göndərildiyini yazır.
Qəzet bununla bağlı Gənclər və İdman naziri Azad Rəhimovun bu barədə açıqlma verdiyini yazır və nazirdən sitat gətirir: “Gənclər evlərinin tikilməsi ideyamız var idi, amma hazırda o, gündəmdə deyil. Birinci növbədə biz sosial ipotekanı təkmilləşdirməliyik”.
Qəzetin yazdığına görə, nazir bunun əvəzinə ipoteka kreditlərinin yüngül şərtlərlə veriləcəyini vəd edir.
KADR İSLAHATI ANONSU, YOXSA BLEF?
Əli Əhmədov
Əli Əhmədov
“Azadlıq” qəzeti YAP icra katibi Əli Əhmədovun prezidentin növbəti illərdə kadr islahatları aparacağı ilə bağlı səsləndirdiyi fikirlərdən yazır . Qəzet kadr islahatları ilə bağlı deyilənləri təsadüf saymır.
Qəzet bu dəyişikliklərin rayon icra hakimiyyətləri ilə bağlı olduğunu vurğulayır. “Xüsusilə YAP-ın yerli təşkilatlarının rəhbərləri icra hakimiyyətlərindən narazıdırlar. İcra başçıları əsasən oliqarxlara yaxın şəxslər olduqları üçün YAP-ın yerli təşkilatlarının rəhbərlərini saya salmıralr. Onlar bu barədə YAP rəhbərliyinə müraciət ediblər”.
Qəzet yazır ki, deyilən narazılıqlara baxmayaraq hakimiyyətin kadr islahatları barədə dedikləri blefdir.
“Çünki hakimiyyətdə ciddi kadr islahatının aparılması qruplararası savaşın nəzarətdən çıxmasına və nəticə etibarı ilə iqtidarın çökməsinə gətirib çıxara bilər”.
AZƏRBAYCANLI NAZİRİN İRANDA DEDİKLƏRİ
Elşad İskəndərov
Elşad İskəndərov
“Azərbaycan” qəzetinin yazdığına görə, Azərbaycanla İran ortaq dini-mənəvi dəyərlərin qorunması ilə bağlı konstruktiv əməkdaşlığa dair razılıq əldə olunub
.
Qəzet belə bir razılığın Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun İrana səfəri zamanı baş tutduğunu qeyd edir.
“Komitə sədri keçirdiyi görüşlərdə Azərbaycan dövlətinin islam dəyərlərinə gösətərdiyi diqqət və qayğı haqqında ətraflı məlumat verib, müstəqillik dövründə məscidlərin sayının dəfələrlə artdığını, son 10 ildə 200-dən artıq məscidinin tikildiyini və əsaslı təmir olunduğunu, prezident İlham Əliyevin bununla bağlı təşəbbüslərini xüsusi vurğulayıb”
RÜSTƏM İBRAHİMBƏYOV:“MƏNİM QARŞIMDA ŞƏRT QOYMUŞDULAR Kİ...”
​“Londona getmişəm, ya getməmişəm, bu, mənim işimdir. İsa Qəmbər də London səfərinə getməliydi, ancaq getmədi, ancaq heç kim bu problemi qaldırmır”. Bunu “Yeni Müsavat”a müsahibəsində Milli Şuranın sədri Rüstəm İbrahimbəyov deyib.
O, Bakıya gəlməməyinin səbəblərinə də toxunub.
Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
“Mən bilirəm nəyə görə Bakıya gələ bilmirəm...Vəzifəmi axıra qədər yerinə yetirəcəm. Artıq Bakıda iki nəfəri tutublar və deyirlər ki, bu, Milli Şuranın terrorçu qanadıdır, mənim barəmdə iki cinayət işi açıblar”
Rüstəm İbrahimbəyov Milli Şuraya necə sədr olmasına da aydınlıq gətirib.
“Mənim qarşımda şərt qoymuşdular ki, sən sədr olmasan biz birləşməyəcəyik. Bir neçə partiya dedi ki, sən bunu öz öhdənə götürməsən biz Milli Şuradan çıxacağıq”.
“BİZƏ OYUNU YOLA VERƏN FUTBOLÇU LAZIM DEYİL”
“Bizə oyunu yola verən futbolçu lazım deyil”. “Futbol+” qəzetinə müsahibəsində “Sumqayıt” futbol klubunun prezidenti Kamran Quliyev deyib.
“Ümumilikdə bəzi futbolçulardan narazıyam. Yaxınlarda komandada bəzi dəyişikliklər olacaq. Belə davam edə bilməz. Kimlərsə əvəzedici heyətə, kimlərsə ümumiyyətlə komandadan uzaqlaşdırılacaq. Bəzilərinə cərimə kəsiləcək...Bizə oyunu yola verən futbolçu lazım deyil.”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG