Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:17
-
«Araz-Naxçıvan» komandası birinci divizionun ilk turuna qələbə ilə başlayıb.
Sentyabrın 15-də Tovuzda «Turan-T»nin qonağı olan komanda 2:1 hesabı ilə qalib gələrək ilk xallarını qazanıb.

«Araz-Naxçıvan»ın ilk qolunun müəllifi oyunun 10-cu dəqiqəsində Akif Tağıyev olub. 27-ci dəqiqədə tovuzlular hesabı bərabərləşdirə bilsələr də, 53-cü dəqiqədə Emin İmaməliyev vurduğu qolla komandasına ilk qələbəni qazandırıb.

«Araz» klubu 1967-ci ildə yaradılıb. Klub 1968-ci ildən SSRİ birinciliyinin «B» qrupunda mübarizə aparıb. 1977-ci ildən 1989-cu ilə kimi qısa fasilələrlə futbol üzrə SSRİ çempionatının «A» qrupunun 2-ci dəstəsində təmsil olunub. Bu klubun ilk baş məşqçisi Tofiq Axundov olub. SSRİ dağıldıqdan sonra «Araz» fəaliyyətini dayandırıb. 2001-ci ildə klub yenidən formalaşdırılıb və milli futbol çempionatının güclülər dəstəsinə qoşulub. Ancaq bu cəmi bir il çəkib. 2002-ci ildə «Araz» yenidən fəaliyyətini dayandırıb. Həmin vaxtdan Naxçıvan peşəkar futbolla vidalaşmışdı.

Hazırda «Araz» 2-ci dəstədə gücünü sınayır. Klubun yeni baş məşqçisi Əsgər Abdullayev AzadlıqRadiosuna müsahibəsində bildirib ki, məqsədləri klubu güclülər dəstəsinə çıxarmaqdır.
XS
SM
MD
LG