Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:00

Köhnə xaçmazlı şagirdlər məktəbə getmədi...-[Video]


Köhnə Xaçmazlı şagirdlər körpüyə görə məktəbə getmədi
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

Köhnə Xaçmazlı şagirdlər körpüyə görə məktəbə getmədi

-
- Bu gün uşaqları niyə məktəbə buraxmadınız?

- Gör o körpüdən keçə bilərsən? Bütün ili qadınlar qorxa-qorxa bu körpüdən uşaqları o taya – bu taya keçirirlər. Keçən il çıxdılar, körpünün qabağında aksiya keçirtdilər, polis tutub apardı, hamısını cərimələdi, buraxdı...

TƏHLÜKƏLİ KÖRPÜNÜ KEÇMƏKDƏNSƏ, TƏHSİLSİZ QALMAQ...

Sentyabrın 16-da - yeni tədris ilinin ilk günündə Xaçmazın Köhnə Xaçmaz kəndinin sakinləri övladlarını məktəbə buraxmayıblar. Səbəb məktəblə evləri ayıran çayın üzərindən keçən körpünün qəzalı vəziyyətdə olmasıdır. Kəndlilər məktəbə aparan yeganə yolun üstündəki bu sınıq-salxaq körpüdən övladlarının yıxılacağından ehtiyat edərək onların evdə oturmasını daha məqbul sayıblar:

- Körpünü düzəltmirlərsə, o zaman çayın bu üzündə məktəb tiksinlər.

- Körpü nasazdır, əyridir, taxtaları sınıq-sınıqdır. Ona görə də uşaqları məktəbə buraxmırıq.

- Mənim də nəvəm bu gün məktəbə getmədi. Mən buraxmıram məktəbə, körpünü düzəltsinlər.

MƏKTƏBDƏ SEYRƏKLİK

Köhnə Xaçmaz tam orta məktəbinin direktor müavini Qənirə Xudaverdiyeva etiraf edir ki, ilk tədris günündə məktəbdəki seyrəklik gözəçarpan dərəcədədir:
Qənirə Xudaverdiyeva
Qənirə Xudaverdiyeva

«Məktəbdə 636 şagird, 60 müəllim var. Təqribən 10 müəllim və şagirdlərin demək olar ki, yarısı körpünün o tayından gəlir. Keçən ilkinə nisbətən bu il ilk tədris günündə şagirdlərin sayı az idi. Məndə olan məlumata görə, uşaqların çoxu körpüdən keçməyə qorxduqlarına görə məktəbə gəlməyiblər. Ancaq mənə elə gəlir ki, körpü o qədər də qəzalı vəziyyətdə deyil. Mən özüm tez-tez o körpüdən keçib 31 saylı seçki məntəqəsinə gedirəm».

Müdir müavinin dediyinə görə, əvvəllər də valideynlər dəfələrlə məktəb rəhbərliyinə xəbərdarlıq ediblər ki, körpü qəzalı vəziyyətdə olduğuna görə övladlarını məktəbə buraxmaq istəmirlər. Yerli icra nümayəndəliyi və bələdiyyə məktəb rəhbərliyinə vəd edib ki, yaxın vaxtlarda körpü təmir-bərpa olacaq.

Körpüdə çəkiliş aparanda əraziyə bir neçə traktor gətirilib. Kənd bələdiyyəsindən vəd ediblər ki, yaxın vaxtlarda körpü təmir olunacaq.
XS
SM
MD
LG