Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:29

«Azərsu»nun mərkəzi laboratoriyasının yeni inzibati binası açıldı


-
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sentyabrın 16-da «Azərsu» ASC mərkəzi laboratoriyasının yeni inzibati binasının açılışında iştirak edib.

AzərTAc-ın məlumatına görə, inzibati binanın inşasına 2011-ci ildə başlanıb. Bina Yasamal rayonunda yerləşir, ümumi sahəsi 1800 kvadratmetrdir.

«Azərsu» ASC-in sədri Qorxmaz Hüseynov bildirib ki, bina içməli və tullantı su bölmələrindən ibarətdir.

«Bu bölmələrin hər birində mikrobioloji və fiziki-kimyəvi analiz şöbələri yerləşir. Laboratoriyada beynəlxalq səviyyədə tanınmış şirkətlərin avadanlığı quraşdırılıb. Bu avadanlığın köməyi ilə içməli və tullantı suların fiziki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək mümkündür».

Laboratoriyada Abşeron yarımadasını içməli su ilə təmin edən mənbələr, sutəmizləyici qurğular, su anbarları, həmçinin təhsil, səhiyyə müəssisələri və ictimai iaşə obyektləri daxil olmaqla 1800-dək ünvandan götürülmüş nümunələrin təhlili nəzərdə tutulur.

Regionlarda analizlərin aparılması məqsədilə səyyar laboratoriya kimi fəaliyyət göstərən 2, su nümunələrinin daşınması üçün isə 4 xüsusi təyinatlı nəqliyyat vasitəsi alındığı da bildirilib.

Prezident İlham Əliyev su anbarı ərazisində salınacaq yeni parkın layihəsi ilə də tanış olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG