Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:51

10-lar: Azərbaycan prezidenti olmağa iddialılar haqqında hər şey


.



SEÇİM ZAMANI...

Oktyabrın 9-da səsverməyə gedən vətəndaşa bu adamların adları yazılmış bülleten veriləcək. Qarşıdakı 5 ildə ölkəyə rəhbərlik edəcək prezidenti seçmək üçün.

Ölkə qanunlarına görə bu cür məsuliyyətli seçim qarşısında olan vətəndaşın həm də adı siyahıda olanlar barədə hər şeyi, o cümlədən də onların gerçək niyyət və planlarını bilmək haqqını var.

TANIYIB SEÇƏN YANILMAZ...

Seçki təbliğatının qızğın çağların ən böyük yalanları da siyasətçilər səsləndirir, ən çılpaq həqiqətləri də. Kimi özünü tərifləmək üçün yalan-palan bir şeylər düzüb qoşur, kimi də rəqibini gözdən salmaq üçün necə deyərlər açır sandığı, tökür pambığı.

Bu haray-həşir zamanda namizədlərii bəzək-düzəksiz, hər kəsi olduğu kimi tanıtmaq məqsədilə aşağıdakı cədvəli hazırladıq.

Namizədləri soyadlarına uyğun şəkildə əlifba sırası ilə sıralamışıq. Onların seçki platformaları, vətəndaşa vədləri elan edildikcə onları da əlavə edəcəyik.

Həmçinin linklərlə keçid verməklə namizədlər haqqında başqa mənbələrdə olan məlumatları da diqqətinizə çatdıracağı.

Belliklə, sizə - Azərbaycan vətəndaşına prezidentlik iddiasında olan siyasətçilər bunlardır:

İQBAL FEHRUZ OĞLU AĞAZADƏ
Ümid Partiyasının namizədi

45 yaşlı İqbal Ağazadə Füzuli rayonunda anadan olub, ixtisasca şərqşünasdır. 2 övladı var. Hazırda Ümid Partiyasının sədri, Milli Məclisin deputatıdır.

2008-ci ildə keçirilən president seçkisində 2.86% səs toplayaraq 7 namizəd arasında ikinci yeri tutub.

2 övladı var.

PLATFORMASINDA ƏSAS VƏDLƏRİ:

Əldə etdikcə yeniləcək.

*** *** *** ***

İLHAM HEYDƏR OĞLU ƏLİYEV
Yeni Azərbaycan Partiyasının namizədi

52 yaşlı İlham Əliyev Bakıda anadan olub, tarix elmləri namizədirir.
2003-cü ildən bəri Azərbaycan respublikasının prezidentidir. Rəsmi məlumata görə 2003-cü ildə 76%, 2008-ci ildə isə 88,73 % səslə qalib olub.

3 övladı, 3 nəvəsi var.

PLATFORMASINDA ƏSAS VƏDLƏRİ:

Komandası İlham Əliyevin 3-cü prezidentliyi müddətində 10 vədlə getdiyini bildirir. Onların arasında ölkə iqtisadiyyatının 2 dəfə artırılması, yoxsulluq və işsizliyin aradan qaldırılması, ipoteka kreditlərinin verilməsinin asanlaşdırılması, insan hüquq və azadlıqlarının müdafiəsinin həyatın normasına çevrilməsi də var.

Azərbaycana son 10 ili prezidentlik etmiş İlham Əliyevin qarşıdakı 5 ilə vədləri haqda burada daha ətraflı məlumat var.

*** *** *** ***

ARAZ MƏMMƏD MUBARİZ OĞLU ƏLİZADƏ
Azərbaycan Sosial Demokrat Partiyasının namizədi

62 yaşlı Araz Əlizadə Bakıda anadan olub, ixtisasca şərqşünasdır. Sosial Demokrat Partiyasının sədridir.

1991-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub. 1991-ci ildə “Respublika Müdafiə Şurası”nın üzvü olub.

2 övladı var.

PLATFORMASINDA ƏSAS VƏDLƏRİ:

Əldə etdikcə yeniləcək.


*** *** *** ***

HAFİZ ƏLƏMDAR OĞLU HACIYEV
Müasir Müsavat Partiyasının namizədi

57 yaşlı Hafiz Hacıyev Ermənistanda anadan olub, ixtisasca bioloqdur, Müasir Musavat Partiyasının sədridir.

Bundan əvvəlki iki preident seçkisində iştirak edib. 2003-cü ildə 0.3%, 2008-ci ildə isə 0.65% səs toplayıb.

3 övladı var.

PLATFORMASINDA ƏSAS VƏDLƏRİ:

Əldə etdikcə yeniləcək.


*** *** *** ***

CƏMİL POLADXAN OĞLU HƏSƏNLİ
"Demokratik qüvvələrin Milli Şurası” təşəbbüs qrupunun namizədi

61 yaşlı Cəmil Həsənli Biləsuvar rayonunda anadan olub, tarix elmləri doktoru, professor, Amerika Orta Şərq Araşdırmaları Cəmiyyətinin üzvüdür.

AXCP sədrinin müavini, Milli Məclisinin deputatı olub.

3 övladı var.

PLATFORMASINDA ƏSAS VƏDLƏRİ:
Əksər müxalifət partiyaları və ictimai fəalların birləşdiyi Milli Şura bu seçkiyə "BƏSDİR!" şüarı ilə qatılır. Şuranın vahid namizədi olan Cəmil Həsənli korrupsiyanı Azərbaycanın Qarabağ qədər böyük problemi elan edib.

O eyni zamanda dönə-dönə prezident İlham Əliyev və komandasından soruşur ki, "Əliyevlər hakimiyyətdə olduqları 20 ildə işğal altında olan Azərbaycan torpaqlarından niyə 20 metri də azad edilməyib?"

Cəmil Həsənlinin komandası onun sosial şəbəkələrdə səhifələrini yaradıb, namizədlərinin baxışlarını təqdim etməyə çalışırlar. Onun facebook şəbəkəsindəki rəsmi səhifəsi ilə burada tanış ol.

*** *** *** ***

QÜDRƏT MÜZƏFFƏR OĞLU HƏSƏNQULİYEV
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi

48 yaşlı Qüdrət Həsənquliyev Naxçıvanın Culfa rayonunda anadan olub, ixtisasca hüquqşünasdır. Hazırda Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri, Milli Məclisin deputatıdır.
O, 2008-ci ildə keçirilən prezident seçkisində də iştirak edib. Rəsmi nəticələrə görə 2.28% səs toplayaraq 3-cü olub.

2 övladı var.

PLATFORMASINDA ƏSAS VƏDLƏRİ:

Əldə etdikcə yeniləcək.


*** *** *** ***

İLYAS ABBAS OĞLU İSMAYILOV
Ədalət Partiyasının namizədi

75 yaşlı İlyas İsmayılov Tovuz rayonunda anadan olub, hüquq elmləri doktoru, professordur. Hazırda Millət vəkilidir.

1978-1985-ci illərdə respublika prokurorunun müavini, 1985-1990-cı illərdə respublika prokuroru 1990-1992-ci illərdə isə SSRİ prokurorluğunda şöbə rəisi vəzifəsində çalışıb.

1992-1994-cü illərdə isə Azərbaycan Respublikası ədliyyə naziri olub.

2 övladı var.

PLATFORMASINDA ƏSAS VƏDLƏRİ:

Əldə etdikcə yeniləcək.


*** *** *** ***

SƏRDAR CƏLAL OĞLU MƏMMƏDOV
Azərbaycan Demokrat Partiyasının namizədi

59 yaşlı Sərdar Cəlaloğlu Naxçıvanın babək rayonunda anadan olub. İxtisasca məhkəmə-tibbi ekspertidir.

1988-1990-cı illərdə Naxçıvan Xalq Cəbhəsinin təsisçilərindən biri və İdarə Heyətinin üzvü olub, 1991-ci ildə Azərbaycan Demokrat Partiyasını yaradıb.

Siyasi fəaliyyətinə görə, 3 dəfə qısa müddətli həbs olunub.

4 övladı var.

PLATFORMASINDA ƏSAS VƏDLƏRİ:

Əldə etdikcə yeniləcək.


*** *** *** ***

ZAHİD MƏHƏRRƏM OĞLU ORUC
Namizədliyini özü irəli sürüb

Zahid Məhərrəm oğlu Oruc – millət vəkilidir, Ana Vətən Partiyasının sədr müavini olub.
41 yaşlı Zahid Oruc Gədəbəy rayonunda anadan olub, hazırda Milli Məclisin deputatı, fəlsəfə elmləri namizədidir.
2 övladı var.

PLATFORMASINDA ƏSAS VƏDLƏRİ:

Əldə etdikcə yeniləcək.


*** *** *** ***


FƏRƏC İBRAHİM OĞLU QULİYEV
Milli Dirçəliş Hərakatı Partiyasının namizədi

51 yaşlı Fərəc Quliyev Naxçıvanın Ordubad rayonunda anadan olub, ixtisasca həkimdir, sonradan hüquq təhsili də alıb. 1989–1993-cü illərdə Azərbaycan Xalq Cəhbəsi Ordubad rayon şöbəsinin sədri, 1993-cü ildə isə Azərbaycan Xalq Cəhbəsi İcraiyyə komitəsinin sədri olub. 1990-ci ildə deputat seçilib, Demokratik Blokun üzvü olub.

1995-2002-ci ilə qədər siyasi məhbus kimi həbsdə olub.

Millət vəkili və Sambo üzrə idman ustasıdır.
3 övladı var.
PLATFORMASINDA ƏSAS VƏDLƏRİ:

Əldə etdikcə yeniləcək.

Şərhləri göstər

XS
SM
MD
LG