Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:42

MSK sədri: «Prezident barədə xəbərlərdə seçki ilə bağlı məqam, eyham olmamalıdır»


Məzahir Pənahov
Məzahir Pənahov
-
«İlham Əliyev prezident fəaliyyətini yerinə yetirir, başa düşürsüzmü? Gərək onda prezident işləməsin. Təsəvvür edirsizmi, iki ay ölkədə prezident olmasın. Belə şey olarmı? Mümkündürmü?».

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fəaliyyətdə olan prezidentlə bağlı verilən xəbərlərin seçki təşviqatı olub-olmaması haqda sualı cavablandırarkən belə deyib. O, KİV-lərin prezidentlə bağlı xəbər verməsinin qabağını almağın mümkün olmadığını bildirib:

«Amma prezident barədə xəbərlərdə seçki ilə bağlı məqam, eyham hiss edilməməlidir».

«BİZİM BORCUMUZ DEYİL Kİ...»

Prezidentliyə namizədlərin əmlakının açıqlanması ilə bağlı AzadlıqRadiosunun sualı cavablandıran M.Pənahov bildirib ki, onların əmlakı və maliyyə bəyannaməsi barədə məlumatlar ictimaiyyət üçün açıqdır. O deyib ki, kim maraqlanır, gəlib öyrənə bilər.

«Bizim borcumuz deyil ki, onu cəmiyyətə məlumat verək. Maraqlı tərəflər bu məlumatı ala bilərlər», - deyə MSK sədri bildirib.

«18 MİN YOX, 18 MİLYON DA YIĞSAN SOSİAL ŞƏBƏKƏNİ NƏZARƏTDƏ SAXLAMAQ MÜMKÜN DEYİL»

MSK sədri seçki təbliğatı zamanı sosial şəbəkələrin nəzarətdə saxlanmasının mümkünlüyü haqda məsələyə də aydınlıq gətirib:

«Mən desəm ki, 18 nəfər yox, 18 min də yığıb sosial şəbəkələri nəzarətdə saxlayacağıq, o saat deyəcəksiz: «Məzahir müəllimin yaşı çoxalıb, bilmir sosial şəbəkə nədir». 18 min yox, 18 milyon da yığsan sosial şəbəkəni nəzarətdə saxlamaq mümkün deyil. Bu, reallıqdır».

Məzahir Pənahov deyib ki, Azərbaycanın Seçki Məcəlləsində sosial şəbəkələrlə bağlı məhdudiyyət yoxdur:

«Nə olar, olmaz, deyilmir. Ona görə, bu haqda məsələni vurğulamırıq. Sosial şəbəkə bizim səlahiyyətimiz çərçivəsində olan məkan deyil. Amma heç kim də fikirləşməməlidir ki, sosial şəbəkədə ağlı kəsəni yazmalıdır».

Bu il oktyabrın 9-da Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçki təbliğatına sentyabrın 16-da start verilib. Bu müddət 21 gündür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG