Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:38
Bazar günü Əfqanıstanın Helmand əyalətində hücim nəticəsində yaralanmış Nigar adlı qadın polis bu gün keçinib. Bu barədə əyalət polisinin nümayəndəsi Farid Ahmad Obaidi məlumat verib.

38 yaşlı polis leytenantı Nigar, Laşkar Gah şəhərində evinin ətrafında gedərkən motosikletdə olan iki yaraqlı onu atəşə tutaraq hadisə yrindən uzaqlaşıblar.
Mərhumun 2 uşağı var.

Nigarın ölümündən bir qədər əvvəl Azadlıq Radiosunun əfqan xidmətinə müsahibəsində dəfələrlə ölümlə hədələndiyini deyib.

Bundan əvvəl onun bu vəzifəni tutan 37 yaşlı həmkarı Bibi də hücum nəticəsində öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG