Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:25

Seçkidən kənarda qalanlar kimi dəstəkləyəcək?- [Video]


-


Sentyabrın 16-da «İşdən sonra» proqramında "Seçkidən kənarda qalanlar kimi dəstəkləyəcək?" mövzusu müzakirə olunub.

REAL Hərəkatının icra katibi Natiq Cəfərli, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc və Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev bundan sonrakı planları haqda danışıblar.

-
REAL Hərəkatının icra katibi Natiq Cəfərli:

- Hər kəs bilir ki, İlqar Məmmədov saxta ittihamlarla həbs edilib. İqtidar maksimum seçkiyə olan marağı azaltmaq istəyir. 2003-cü illə müqayisədə hakimiyyət vətəndaşların seçkidəki fəallığını istəmir. Seçici seçkiyə az gələndə səsləri daha rahat saxtalaşdırmaq olar. Hakimiyyət də bunu istəyir.

- REAL hakimiyyətə başağrısı gətirə bilərdi. Hakimiyyət çox ehtiyat edir.

- Sistemin problemləri var və hazırkı sistem işləmir.

- Biz düşünürük ki, REAL partiya kimi fəaliyyət göstərsin.

- Biz öz tərəfdarlarımızı Cəmil Həsənliyə səs verməyə çağırmışıq. Belə bir qərar artıq qəbul edilib.

- Cəmil Həsənlinin fikirləri, yanaşması REAL-ın fikirlərinə, ideyalarına yaxındır. Ziyalı Cəmil Həsənli də parlament respublikasının tərəfdarıdır, biz də.

Əli Əliyev:

- Mən məhkəməyə müraciət etmişəm. Mən də çalışacam hüquqlarımı bərpa edim. Tam məsiliyyətimlə deyirəm ki, bizim MSK-ya təqdim etdiyimiz sənədlər çox səliqəli, dəqiq idi. Mənim seçkiyə buraxılmamağım hakimiyyətin siyasi qərarı idi. Hakimiyyət azad seçki mühiti yaratmaq istəyir, amma buna şərait yoxdur. Hakimiyyət kimi seçkidən qıraqdan saxlayırsa, deməli onlardan qorxurlar.

- Bugünkü şərtlər daxilində Azərbaycanda vəziyyəti dəyişmək olmaz.

- Hüquqi müstəvidə Azərbaycan müxalifətinin qələbə çalmaq imkanı yoxdur.

- Azərbaycanda seçkinin legitimliyi sual altındadır.

- İndiki bütün namizədlər hakimiyyətin razılığıyla seçkilərə qatılıb.

- Azərbaycandakı sosial vəziyyətə görə, məsuliyyəti Azərbaycan hakimiyyəti daşıyır.

Əhməd Oruc:

- MSK-nın qərarıyla bağlı apellasiya məhkəməsinə şikayət etmişik.

- Hakimiyyət bu seçkilərə ssenariyə uyğun gedir. Hakimiyyət istədiyi kimi seçki keçirəcək.

- Seçkilərə qatılan namizədlərin çoxu İlham Əliyev birbaşa tənqid etməyə çəkinən adamlardılar.

- Hakimiyyət bilir ki, insanlar hazırkı vəziyyətdən narazıdır.

- Bu il keçiriləcək seçkilər, prezident seçkiləri yox, tamaşa adlandırsaq doğru olar.

- Biz Milli Hərəkatdan gəlmiş adamlarıq. Amma Milli Şurada Rusiyadan Azərbaycana hədə hiss olunurdu deyə, biz onları dəstəkləmədik.

Fuad Əliyev:

- Apellasiya məhkəməsi MSK-nın qərarını qüvvədə saxladı... Biz bu qərardan Ali məhkəməyə şikayət edəcəyik.

- Bu bizim üçün yox, hakimiyyət üçün son şansdır. Hakimiyyət bizi qeydə almalı, seçkilərdə iştirak üçün imkan yaratmalıdır.

- Biz seçkilərdə heç kimi dəstəkləmirik.
XS
SM
MD
LG