Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:47
-
Ötən həftəsonu bəstəkar Arif Cahangir oğlu Məlikovun «Heydər Əliyev» ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çıxıb.

Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, bəstəkar bu ordenə Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə təltif edilib.

Sentyabrın 13-də Arif Məlikovun 80 yaşı tamam olub.

«Heydər Əliyev» ordeni 2005-ci il mayın 28-də təsis olunub və Azərbaycanın ən yüksək dövlət təltifi sayılır.

Bu orden Azərbaycan vətəndaşlarına Azərbaycanın tərəqqisinə, əzəmət və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə və Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə verilir.

«Heydər Əliyev» ordeni ulduzdan, orden zəncirindən və nişandan ibarətdir. Ordenin ulduzu və zənciri qılınclı və qılıncsız olur.

Ordenin hazırlanmasında 525 əyarlı 533.29 qram gümüşdən, 999 əyarlı 3.89 qram gümüşdən, 750 əyarlı 57.42 qram qızıldan, 999 əyarlı 6.42 qram qızıldan, 0.83 karatlıq 8 brilyant daşdan, 5.34 karatlıq 224 brilyant daşdan, 1 karatlıq 67 brilyant daşdan, ümumən isə 299 brilyant daşdan istifadə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG