Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:06

MSK püşk atdı


-
Sentyabrın 16-dan prezidentliyə namizədlərin təbliğat kampaniyası başlanır. Namizədlər arasında İctimai televiziyada debatlar həftənin cüt günləri, tək günləri isə ictimai radioda olacaq. Bu haqda AzadlıqRadiosuna İctimai televiziyanın mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov deyib. Debatlar bir saat davam edəcək.
İctimai teleradioda təşviqat ödənişsizdir.
Televiziyada namizədlərin çıxışı saat 19.00-da, radioda isə 21.00-da canlı yayımlanacaq.
Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq efir vaxtı bütün namizədlər arasında bərabər bölünəcək.
Sentyabrın 16-da Mərkəzi Seçki Komissiyasında püşkatma yolu ilə prezidentliyə namizədlərin teleradioda çıxış ardıcıllığı müəyyənləşdirilib. Püşkatmanın nəticələrinə görə, debatda ilk çıxış edən Zahid Oruc olacaq. Sonra isə İlham Əliyev, İqbal Ağazadə, İlyas İsmayılov, Hafiz Hacıyev, Fərəc Quliyev, Sərdar Cəlaloğlu, Araz Əlizadə, Qüdrət Həsənquliyev, Cəmil Həsənli çıxış edəcəklər. Namizədlər adından səlahiyyətli nümayəndələrin də danışmaq haqqı var.
APA-nın məlumatına görə, MSK üzvü Akif Qurbanov ayrılan efir vaxtının uğurlu olmadığını və daha uyğun vaxt ayrılması məsələsinin qanunvericiliklə təsbit olunduğunu söyləyib.
Qurumun sədri deyib ki, televiziyanın illik proqram planı mövcuddur. Bundan başqa, artıq bununla bağlı MSK-nın qərarı mövcuddur.
İTV-nin Analitik Proqramlar Departamentinin direktoru Füzuli İsmayılov televiziyanın ən reytinqli verilişlərinin saat 19.00-da yayımlandığını söyləyib. Onun sözlərinə görə, bu üzdən də ölkə əhəmiyyətli məsələ olan prezident seçkilərinin təşviqat kampaniyası məhz həmin vaxta salınıb.
Milli Şuranın Təşəbbüs Qrupunun nümayəndəsi Gülağa Aslanlı İTV-nin nümayəndəsinə etiraz edərək bu televiziyanın ictimai maraqlara xidmət etməməkdə günahlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG