Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:53

Bakı Metropoliteni payız qrafikinə keçib


-
Bakı Metropoliteni sentyabrın 16-dan payız qrafikinə keçib. “metro.gov.az” saytının məlumatında belə deyilir.
Yeni qrafikə əsasən, «Həzi Aslanov» stansiyasından «28 May» stansiyasına qədər və əks istiqamətdə, qatarlar arasında interval gur saatlarda 2 dəqiqədir. «28 May» stansiyasından «İçərişəhər» və «Dərnəgül» stansiyaları istiqamətində hərəkət edən qatarlarda bu müddət iki dəfə artıq - 4 dəqiqəyə bərabərdir.
Günün digər vaxtlarında qatarlar «Həzi Aslanov» stansiyasından «28 May» stansiyasına qədər və əks istiqamətdə, sərnişin sıxlığından asılı olaraq, 2,5-3 dəqiqə intervalla hərəkət edir. Həmin vaxtlarda «28 May» stansiyasından «İçərişəhər» və «Dərnəgül» stansiyaları istiqamətində və əksinə hərəkət edən qatarlar arasında interval, iki dəqiqə artıq, yəni 5-6 dəqiqə təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG