Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:04

«Vasif Talıbov toxumluq buğdalara baxış keçirmişdir…»


-
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

TOXUMÇULUQ TƏSƏRRÜFATLARINDA YETİŞDİRİLƏN BUĞDA SORTLARINA BAXIŞ OLMUŞDUR


…Ali Məclisin Sədri demişdir: “Muxtar respublikada torpaq mülkiyyətçiləri yerli iqlimə uyğunlaşdırılmış məhsuldar toxum sortları ilə təmin edilməli, suvarma suyu və kənd təsərrüfatı texnikaları ilə təminat bundan sonra da diqqət mərkəzində saxlanılmalıdır. Torpaqlardan səmərəli istifadə olunmalı, məhsul istehsalını artırmaq üçün şumlama işləri vaxtında aparılmalı, əkin zamanı yemləmə gübrələrindən istifadə edilməlidir. Bu tədbirlərin həyata keçirilməsi üçün mütəmadi olaraq fermerlər və əhali arasında maarifləndirmə işləri aparılmalıdır”.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə aid təşkilatlara müvafiq tapşırıqlar vermiş, muxtar respublikanın toxumçuluq təsərrüfatlarında yetişdirilən buğda sortlarına baxmışdır.

Məlumat verilmişdir ki, bu ilin payızında muxtar respublikanın taxıl əkini sahələrində “Bezostaya -1”, “Qobustan”, “Qiymətli 2/17”, “Əzəmətli-95”, “Dağ-daş”, “Ceyhan-99”, “Moskviç”, “Guadilop” buğda sortlarının əkilməsi nəzərdə tutulmuşdur. Bu toxum sortlarının əkin dövriyyəsinə daxil edilməsi orta məhsuldarlığın artmasına səbəb olmuşdur. Hazırda muxtar respublikada kifayət qədər toxumluq buğda ehtiyatı yaradılmışdır.

Bildirilmişdir ki, əkin sahələrində aqrotexniki tədbirlərin görülməsi də diqqət mərkəzində saxlanılır. Belə ki, taxıl sahələrində alaq otlarına və gəmiricilərə qarşı mübarizə məqsədilə lazımi qədər herbisid və sink-fosfid preparatı tədarük olunmuşdur.

ƏMƏK YARMARKASINA 264 BOŞ İŞ YERİ ÇIXARILMIŞDI

…Şərur Rayon Məşğulluq Mərkəzinin keçirdiyi növbəti əmək yarmarkasında bu barədə geniş danışılmışdır. Şərur şəhərindəki Mədəniyyət Sarayında təşkil olunan tədbiri giriş sözü ilə açan Məşğulluq Mərkəzinin direktoru Məmməd Məmmədov demişdir ki, əhalinin yeni iş yeri tapması üçün ən çevik formalardan sayılan əmək yarmarkalarının keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Məşğulluq Mərkəzinin əməkdaşları rayondakı idarə, müəssisə və təşkilatlarla, sahibkarlıq subyektləri ilə sıx əlaqə saxlayır, boş iş yerləri haqqında məlumatlar toplayır və həmin yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edirlər. Bugünkü yarmarkaya isə 264 boş iş yeri çıxarılmışdır.

Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən İsgəndərov çıxış edərək əhalinin sosial rifahının gücləndirilməsi, yoxsulluğun azaldılması, məşğulluğun artırılması, ümumilikdə, insan potensialının qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.

Tədbirdə işaxtaran vətəndaş Ceyran Əliyeva çıxış edərək məşğulluğun təmin olunması üçün əmək yarmarkalarının sərfəli metod kimi əhəmiyyətini qeyd etmiş, yeni iş yerlərinin yaradılması üçün dövlətimiz tərəfindən keçirilən tədbirləri ölkə vətəndaşlarına göstərilən qayğı kimi dəyərləndirmişdir.

Qeyd edək ki, əmək yarmarkasında 37 nəfərə göndəriş verilmiş, 25 nəfər isə ictimai işlərə cəlb olunmuşdur.
XS
SM
MD
LG