Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:02

Bərdədə “Şəhidlər Xiyabanı”, yoxsa zibillik?


-
“Camaatın obyektlərini sökürlər, adını da qoyurlar abadlıq işləri. Ancaq rayondakı “Şəhidlər Xiyabanı” dağılıb gedir”.
Bərdə sakini Kamil Əsədov “Qaynar xətt”ə rayondakı “Şəhidlər Xiyabanı”nın baxımsızlıqdan bərbad vəziyyətə düşməsindən danışır:
“MƏRKƏZİ BƏZƏYİRLƏR, XİYABANDAN XƏBƏRLƏRİ YOXDUR”
“Mənim qardaşım Qarabağ mühariməsində şəhid olub. Məzarı da həmin Xiyabandadır. Qəbirdaşı sınıq-sınıqdır. Təkcə onun qəbri yox, demək olar ki, bütün qəbirlər belə vəziyyətdədir. Xiyaban zibillikdən seçilmir. Təmizləyən, baxan yox, təmir edən yox. Bərdənin mərkəzini bəzəyirlər, Xiyabandan xəbərləri yoxdur. Milyonlarla puldan 3-5 manat da Xiyabanın təmirinə xərcləsinlər”.
Kamil Əsədov “Şəhidlər Xiyabanı”nda xeyli məzar olduğunu deyir:
BELƏ GETSƏ...
“4 sırada məzar var. Bu baxımsızlıq çoxdandır davam edir. Dəfələrlə yerli icra hakimiyyətinə, bələdiyyəyə, rayondakı “Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri” ictimai birliyinə də irad bildirmişəm. Qulaq asan yoxdur. Belə getsə, hərə öz əzizinin məzarını Xiyabandan köçürtməli olacaq. Belə münasibət şəhidə təhqirdir”.
Bərdə rayon icra Hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, rayondakı abadlıq işlərinin siyahısına Şəhidlər Xiyabanının abadlaşdırılması məsələsi də daxildir. Rayonda bu işlər planlaşdırılmış və növbəli şəkildə aparılır. Yerli icra hakimiyyəti yaxın vaxtlarda Xiyabanın təmir-tikintisi ilə də məşğul olacaq.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG