Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:18

Obama Suriyada kimyəvi silahla bağlı qərardan razıdı


-
Kimyəvi silahın qadağan olunması haqqında beynəlxalq konvensiya Suriyanın ərazisində oktyabrın 14-də qüvvəyə minəcək. Bunu BMT-nin mətbuat mərkəzi açıqlayıb, bildirib ki, Dəməşq artıq lazım olan bütün sənədləri təqdim edib.
Bu açıqlamadan öncə ABŞ prezidenti Barak Obama Suriyada kimyəvi silahla bağlı Amerika-Rusiya danışıqlarını alqışlayıb. Obama onu da qeyd edib ki, diplomatik danışıqlar effekt verməsə, ölkəsi Dəməşqə qarşı hərbi ölçü götürməli olacaq.
ABŞ prezidenti bildirib ki, ölkəsi Rusiya, Böyük Britaniya, Fransa və BMT ilə birgə Bashar Asad rejiminə siyasi təzyiq göstərməyə davam edəcək ki, onu kimyəvi silahdan məhrum etsin.
Cenevrədə üç günlük danışıqlardan sonra ABŞ dövlət katibi John Kerry və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyanın kimyəvi arsenalını beynəlxalq nəzarətə vermək planı ilə bağlı razılığa gəliblər. Məqsəd 2014-cü ilin ortalarına kimi kimyəvi arsenalı ya məhv etmək, ya da ölkədən çıxarmaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG