Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:58

15 sentyabr: Bakının işğaldan azad olunduğu gün


Qafqaz İslam Ordusu Bakıda

Qafqaz İslam Ordusu Bakıda

-
Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 95 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bununla da Azərbaycanın müstəqilliyi təmin olunub.
1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Məhz Azərbaycanın ərzi bütövlüyünü təmin etməq məqsədilə Osmanlı Türkiyəsi Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərib. Sentyabrın 15-də türklər qarşısına qoyduğu missiyanı uğurla başa çatdırib.
Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda mindən çox şəhid veriblər.Bakıdakı Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə abidə ucaldılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG