Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:52

Azərbaycan "Euro-2020"-də ev sahibi olmaq istəyir


-
Azərbaycanın adı 2020-ci il futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək iddiasında olan Avropa xalqları siyahısına salınıb. Azərbaycanda çempionatın hazırda tikilməkdə olan yeni Bakı Olimpiya stadionunda keçirilməsi təklif olunur.
Dövlət başçısı İlham Əliyev tərəfindən dəstəklənən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) sentyabrın 11-də rəsmi ərizə təqdim edib.
Prezident İlham Əliyev bu ilin may ayında “2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamışdı.
Ötən il Azərbaycan FİFA U-17 Qadınlararası Dünya Çempionatına ev sahibliyi edib. 2016-cı ildə isə 17 yaşlı oğlanlar arasında futbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək.
Bakı Olimpiya Stadionunun tikintisinin 2015-ci ildə başa çatacağı planlaşdırılır. Stadionun 68 min tutumu olacaq. Bu stadion 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa oyunlarında istifadə olunacaq. Stadionun ətraf ərazisində yeni otel və park da salınacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG