Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:10

Mağaza Həmid Herisçinin kitabını götürməkdən imtina etdi


-

Yazıçı Həmid Herisçinin "ZERO" nəşriyyatında yenicə çap olunan "Portretlər" kitabı artıq satışdadır

Oxucular kitabı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər İdarəsinin kitabxanasından, AMEA-nın "Akademkitab" kitab evindən, Nizami muzeyinin birinci mərtəbəsindəki "Akademiya" kitab mağazasından və "Yeraltı" kitab mağazasından əldə edə bilərlər.

Kitab indiyədək cavabı tapılmayan xüsusi müəmmalar, tapmacalarla zəngindir. Burada indiyə qədər eşitmədiyiniz və oxumadığınız cizgilərin çözümü - düyünü açılır. Əsərin xüsusi güzgü effekti var - 28 portret, 28 hekayə kimi də oxuna bilər.

Qaynar.info-nun xəbərinə görə, "Əli və Nino" mağazalar şəbəkəsi heç bir səbəb bildirmədən kitabın satışa götürülməsindən imtina edib.

Xatırladaq ki, "Əli və Nino"nun sahibəsi Nigar Köçərli Azadlıq Radiosunun "Pen klub" proqramında deyib ki, anbarları dolub.
XS
SM
MD
LG