Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:38
-
«BİZİM ADIMIZDAN İSTİFADƏ EDİB BİNA TİKİRLƏR, AMMA BAXIRIQ Kİ...»

«Bizim yol» yazır ki, aspirantlar yataqxanasında yaşayan 118 ailə Milli Elmlər Akademiyası tərəfindən aldadıldıqlarını deyirlər. Alimlər iddia edirlər ki, prezident sərəncamı ilə onlara tikilən mənzillər bir ucdan satılır:

«Bizim adımızdan istifadə edib bina tikirlər. Bizə görə torpaq sahəsi ayrılıb, tikintiyə icazə verilib. Tikinti şirkəti pulsuz olaraq 16 mərtəbəli 2-bloklu bina tikir... amma baxırıq ki, mənzillər satılır... Bizə qarşı belə münasibət gözləmirdik...».

«İQTİSADİ İNKİŞAFIN UĞURLU FORMULU»

«Azərbaycan» qəzeti «iqtisadi inkişafın uğurlu formulu»ndan yazır. Qəzetə görə, «prezidentin iştirakı ilə iki gündə beş rayonda 16 sosial obyektin açılışı və 33 obyektdə aparılan böyük abadlıq-quruculuq işləri regional siyasətin alternativsizliyindən xəbər verir».

«HAKİMİYYƏT NÖVBƏTİ DƏFƏ ÖZÜNÜÖLDÜRMƏ HƏDDİNƏ ÇATDIRMA CİNAYƏTİNİ TÖRƏTDİ»

«Rejim artıq öz əleyhdarlarının yalnız azadlığını və mülkiyyətini deyil, həm də canını alır».

Əli Kərimli

Əli Kərimli

AXCP lideri Əli Kərimli NİDA-çı Rəşadət Axundovun babası Anayət Axundovun faciəvi ölümü ilə bağlı contact.az saytına müsahibəsində belə deyib:

«Gənc siyasi məhbus Rəşadət Axundova yeni uydurma ittihamlar irəli sürülməsinə babası dözmədi. 45 ilin müəllimi Anayət müəllim damarlarını kəsərək intihar etdi. Hakimiyyət növbəti dəfə CM-nin 125-ci maddəsində nəzərdə tutulan özünüöldürmə həddinə çatdırma cinayətini törətdi. Bu ölkədə mübariz insanları asanlıqla şərləyib həbs etdirə bilirlər, təhqir etdirirlər, evlərimizə girirlər, istəyəndə isə həbsxanada da, evimizin qarşısında da öldürə bilirlər».

«LENTLƏR KƏSİR, BURA 2 MİLYON MANAT, ORA 3 MİLYON MANAT PUL PAYLAYIR»

«Ayna» qəzeti «payız interyerində seçki portreti»ndə yazır:

«Prezident bir-bir rayonları gəzir, lentlər kəsir, bura 2 milyon manat, ora 3 milyon manat, bölgələrin nüfuzuna görə pul paylayır. Seçki ərəfəsində prezident fondu ilə hakimiyyət namizədinin şəxsi fondu arasında fərq tamamilə itir. İlham Əliyev

İlham Əliyev

İcra başçıları düşüncə içərisindədirlər, beyinlərində vurub-bölürlər. «Yarısı mənim fonduma. O biri yarısının yarısı rayonun abadlaşdırma işlərinin, qalanı da seçicilərin. Çatmasa, işadamları üstünü düzəldərlər». Bizim rayon yerlərində seçicilər də təxminən eyni tərzdə düşünür. Onlar üçün 10 manat, ən məzmunlu plakatdan dəyərli kağız, ən alovlu nitqdən üstün arqumentdir».

RÜSTƏM İBRAHİMBƏYOV CƏMİL HƏSƏNLİNİN HESABINA 3 MİN MANAT KEÇİRİB

Rüstəm İbrahimbəyov Milli Şuranın namizədi Cəmil Həsənlinin hesabına 3 min manat keçirib.

Bunu «Yeni Müsavat»a müsahibəsində Rüstəm İbrahimbəyov özü deyib. Şura sədri indiyə qədər Milli Şuranın namizədinin hesabına cəmi 5 min manat yığılmasını mənfi qiymətləndirib:

«Bu, çox pis nümunədir. Bu o deməkdir ki, bizim xalqımız hələ seçki prosesindəki vəzifəsini başa düşməyib. Rüstəm İbrahimbəyov

Rüstəm İbrahimbəyov

Çünki demişdim ki, bu, bir siyasi aksiyadır və əsas məqsəd hər bir vətəndaşın öz adından həmin hesaba minimum məbləğ köçürməklə hakimiyyətə etirazını ifadə etməsidir. Hər halda, vətəndaşlar bu prosesi dayandırmamalıdırlar».

Rüstəm İbrahimbəyov Londona səfərə getməməsinə də aydınlıq gətirib:

«Cəmil Həsənli və Eldar Namazovla bərabər mən də Londona getməli idim, bütün hazırlıqları da görmüşdüm. Ancaq ortaya başqa işlər çıxdı və mən gedə bilmədim».

Şura sədri buna həm də səhhətindəki problemlərin mane olduğunu deyir.

«ƏSL ZİYALINI FƏRQLƏNDİRƏN CƏHƏTLƏRDƏN BİRİ...»

«Əsl ziyalını fərqləndirən cəhətlərdən biri də onun vətəndaşlıq mövqeyidir, öz xalqına bağlılığıdır, öz dövlətinə sədaqətidir».

Zaqatalada Kəmaləddin Heydərovun qəbuluna düşmək istəyənlər.

Zaqatalada Kəmaləddin Heydərovun qəbuluna düşmək istəyənlər.

AzərTAc-ın yazdığına görə, bu sözləri prezident İlham Əliyev sentyabrın 13-də Xalq artisti Arif Məlikova «Heydər Əliyev» Ordeni təqdim edərkən deyib.

«Hər bir insanın, xüsusilə cəmiyyətdə böyük nüfuza malik olan insanların vətəndaşlıq mövqeyi olmalıdır. Xalqımız, millətimiz üçün ən ağır günlərdə - 20 Yanvar faciəsi baş verdikdə siz Azərbaycan xalqının haqq səsini dünyaya çatdırdınız. O vaxt Azərbaycan müstəqil dövlət deyildi, bizim informasiya çatdırmaq imkanlarımız çox məhdud idi, Sovet İttifaqında azad mətbuat yox idi. Bax, sizin kimi tanınmış insanlar vasitəsilə Azərbaycan xalqının haqq səsi dünyaya çatdırılırdı».

NAZİRƏ ŞİKAYƏTƏ BU QƏDƏR ADAM GƏLİRSƏ...

«Azadlıq» qəzeti yazır ki, Fövqəladə Hallar naziri «Kəmaləddin Heydərovun səfəri hakimiyyəti ifşa etdi».

Qəzetə görə, Kəmaləddin Heydərova şikayətə 5 mindən çox adamın gəlməsi ölkədə narazılığın pik həddə çatdığını bir daha sübut edir:

«Kəmaləddin Heydərov ölkə başçısı deyil, nazirdir. Nazirə şikayətə minlərlə vətəndaş gəlirsə, İlham Əliyevə müraciət edəcək şikayətçilərin sayını təsəvvür etmək çətin deyil».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG