Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:04

REAL hərəkatı Cəmil Həsənlinin namizədliyini dəstəkləyəcək


İlqar Məmmədov

İlqar Məmmədov

REAL hərəkatı MSK-nın bu təşkilatın lideri İlqar Məmmədovun prezidentliyə namizədliyini qeydə almamasından şikayət vermək fikrindədir.

Qeyd edək ki, MSK sentyabrın 13-də İlqar məmmədovun topladığı təxminən 5 min imzanı əsassız sayaraq, onun prezidentliyə namizədliyini qeydə almayıb.

Hərəkatın icraçı katibi Natiq Cəfərli bildirib ki, əgər məhkəmə İlqar Məmmədovun hüququnu bərpa etməsə, ReAl hərəkatı seçkilərdə Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəkləyəcək.

İlqar Məmmədov bu ilin yanvarında, İsmayıllıda icra başçısının istefası ilə nəticələnən aksiyalar zamanı, ictimai asaişi pozmaq və vətəndaşları, kütləvi iğtişaşlara çağırmaqda, ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG