Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:40

Almaniyalı deputatlar Dağlıq Qarabağa hökumətdən xəbərsiz gedib


Foto arxiv
Foto arxiv
Almaniyalı deputatların Dağlıq Qarabağa səfəri şəxsi xarakter daşıyır.

Bunu APA-ya açıqlamasında Almaniyanın Bakıdakı səfirliyinin mətbuat xidmətinin əməkdaşı Aytəkin Məhərrəmova almaniyalı deputatların Dağlıq Qarabağa səfərini şərh edərkən deyib.O bildirib ki, bu səfər barədə Almaniya hökumətinə məlumat verilməyib.

Qeyd edək ki, almaniyalı deputat Yurgen Klimkenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində gedib.

Ermənistan mətbuatının yazdığına görə, Almaniya nümayəndə heyəti Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüb, qarşılıqlı əməkdaşlıq barədə danışıqlar aparıblar.
XS
SM
MD
LG