Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:02

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ola bilər


Məmmədyarov və Nalbandyan
Məmmədyarov və Nalbandyan
Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin növbəti görüşü ola bilər.

ANS PRESS-in Avropa.info-ya istinadən verdiyi xəbərə görə, bu barədə diplomatik mənbələrdən məlumat verilib.Görüşün sentyabrın 25-27-i arası ABŞ-da keçiriləcəyi gözlənilir.

Məlumata görə, Elmar Məmmədyarov belə bir görüşə razılıq versə də, hələlik erməni tərəfi buna cavab verməyib.Bu məsələ yeni amerikalı həmsədr James Warlickin regiona səfəri zamanı müzakirə olunan əsas məsələlərdən biri olub.

Görüşdə məqsəd dövlət başçılarının görüşünü təşkil eləməkdir.
XS
SM
MD
LG