Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:34

Fermerlərin 4 dərdi: Su. Toxum. Kübrə. Texnika


İsmət Abbasov Samuxda görüş zamanı

İsmət Abbasov Samuxda görüş zamanı

-
Sentyabrın 13-də kənd təsərrüfatı naziri İsmət Abbasov Samuxda qərb bölgəsindən olan sakinlərin təklif və şikayətlərini dinləyib. Şikayətçilərin əksəriyyəti əkinçilər və maldarlar olub. Onlar, əsasən, kombayn çatışmazlığından, kübrələrin baha satılmasından və su çatışmazlığından gileyləniblər.
Əkinçi Ayaz Məmmədov: «100 hektarlıq sahəm susuzluqdan quruyub gedir. Yalandan vəd verirlər, yerinə yetirmirlər. Buğda əkirəm, yonca əkirəm, heyvan saxlayıram, axı. Susuz qalmışıq».
MƏMURLARIN İCARƏYƏ VERDİYİ OTLAQLAR
Samux sakini Xatay Vəliyev məmurların otlaq və qışlaq sahələri inhisara almasından şikayətlənib. Onun sözlərinə görə, bu böyüklükdə yamyaşıl yaylaq yerlərində bir qoyun otarmaq ixtiyarı olmadığı üçün mal-qarasının hamısını satmağa məcbur qalıb:
«Torpaqların hamısı məmurların əlindədir. Kənd təsərrüfatı ilə məşğul olanlar qalıb qıraqda. Məmurların biri qışlaq sahəsini, biri otlaq sahəsinə yiyələnib kirayəyə verir. Otlaq sahəsinin ilini 6 min manata icarəyə verirlər. Mal-qaramızı satmışıq. Heyvanı otlatmağa yerimiz yoxdur».
Başqa şikayətlər də səsləndi:
– Baytarlıq İnstitutunun direktorundan narazılığım var. Balakişiyev Məmməddir onun adı. Mən institutda işlədiyim dövrdə hesabatlarımı vaxtında göndərmişəm. Kirayədə yaşayıram. Ehtiyacım çoxdur. Pulumu, əməkhaqqımı ala bilmirəm. 4 min 500 manat alacağım var.
– Oğlumun işi ilə bağlı gəlmişəm. BDU-nu bitirib. Nə qədər haraya müaciət edirik əlac qıla bilmirik. Prezident aparatından gəlmiş adamdır. yəqin gedib çatdırar.
İSMƏT ABBASOV: «KÜBRƏLƏRİN QİYMƏTİNƏ GÜZƏŞTLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT OLACAQ»
İsmət Abbasovun sözlərinə görə, texnika və digər məsələlərlə bağlı qəbulda səslənən problemlər qısa müddətdə həllini tapacaq. Kübrələrin qiymətinə dövlət güzəştləri artırıla bilər:
«Bəziləri istehsal etdikləri məhsulun tədarükü ilə bağlı müraciət etdilər. Texnika ilə bağlı müraciətlər oldu. Dərhal göstəriş verdim. 1-ci gün gəlib fermerlər lizinqlə texnika götürə bilərlər. Kübrələrlə bağlı müraciət edənlər oldu ki, dünya bazarında kübrənin qiymətinin müəyyən qədər artmağı, 50 faiz güzəştlə də veriləndə, fermerlərə baha başa gəlir. Hökümət baxacaq və mən nazir kimi bunu dəstəkləyəcəyəm».
«ƏHALİNİN MİQRASİYASI MOSKVA BAZARLARINDA MƏHSUL SATIŞINA TƏSİR ETMƏYİB»
İsmət Abbasov

İsmət Abbasov

Təkcə qərb bölgəsindəki istilikxanalarda yetişdirilən faraş tərəvəz məhsullarının 70 faizi Moskva bazarlarında satılır. İsmət Abbasov deyir ki, son vaxtlar əhalinin Rusiyadan kütləvi miqrasiyası bu ticarətə təsir göstərməyib. Nazir Moskva bazarlarında Azərbaycanın kənd təsərrüfatı məhsullarına tələbatın böyük olduğunu da vurğulayır. O, pambıqçılıq sahəsindəki duruma da toxundu:
«Pambıqçılıqla bağlı vəziyyət yaxşı deyil. Fermer öz məhsulunu sata bilmir. Bu gün sahələr azalmağa meyllənsə də, dövlət elə etməlidir ki, onlar pambıqçılıqdan üz döndərməsinlər. Optimal qiymət üçün subsidiyaların verilməsinə ehtiyac yaransa, bunu edəcəyik. Heç olmasa, ən az tələbatı təmin etməliyik. Biz MMC-lərlə danışacağıq».
ƏT VƏ SÜD MƏHSULLARI BAYTARLIĞIN NƏZARƏTİNDƏ OLAN YERLƏRDƏN ALINMALIDIR
Ölkədə mal-qara arasında yayılmış virusun fəsadları və son nəticələrlə bağlı məsələlərə Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova toxundu. O bildirdi ki, indi 890 baş mal-qara müalicə edilir. Sialə Rüstəmova təhlükəsizlik üçün ət süd məhsullarının Baytarlıq İdarəsinin nəzarətində olan yerlərdən alınmasını da məqsədəuyğun sayır:
«234 min 51 baş mal-qarada xəstəlik aşkarlanmışdı. Bu xəstəlik virus mənşəllidir. Baytarlıq İdarəsi deyirdi ki, bu virus 30 dəqiqə qaynadılarsa, ət məhsullarında problem olmayacaq. Biz bunu təkzib etdik. Ət-süd məhsullarını baytarlıq xidmətinin nəzarətində olan yerlərdən almaq lazımdır».

Şərhləri göstər

XS
SM
MD
LG